“Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar  ləğv olundu
25 aprel 2025 22:19 (UTC +04:00)

“Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu

İspaniya Kral Kubokunun final oyunundan öncə qalmaqal yaşanıb.

Apasport.az xəbər verir ki, "Real" oyunöncəsi məşqə çıxmaqdan imtina edib.

Buna səbəb "kral klubu"nun qarşılaşmanın hakimləri Rikardo De Burqos və Pablo Qonzalesin dəyişdirilməsini istəməsidir.

Madridlilər mətbuat konfranslarını və finala qədər olan bütün tədbirləri ləğv etdiklərini də açıqlayıblar.

Qərarın hakimlərin "Real"a qarşı ifadələri ilə bağlı olduğu bildirilir. Belə olan halda oyunun baş tutması da sual altına düşüb.

Kral Kubokunun finalında "Real" "Barselona" ilə qarşılaşacaq. Görüş aprelin 27-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar