“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir neçə jurnalistə yardım edib
30 sentyabr 2010 13:46 (UTC +04:00)

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” bir neçə jurnalistə yardım edib

Fonddan Lent.az-a verilən məlumata görə, ötən müddət ərzində daxil olan 7 müraciətə baxılıb. Müraciətlər təmin edilərək, bütövlükdə 1800 manat həcmində maliyyə yardımı ayrılılıb.

Fondun Əsasnaməsinin məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndinə görə “Yeni Müsavat” və “Xural” qəzetinin redaksiyalarının hər birinə 300 manat məbləğində maliyyə yardımı edilib. Peçə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə görə “Day.az” saytının əməkdaşı Əkbər Həsənova (Azərbaycan Jurnalistlər Birliyinin məktubu əsasında ), “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlova, “Milli Yol” qəzetinin əməkdaşı Anar Əliyevə, müstəqil jurnalist Mahal İsmayıloğlunun hər birinə 240 manat məbləğində yardımı verilib.

Təzyiqlər nəticəsində işini itirən və ya fəaliyyətini dayandıran jurnalistə yardım edilməsi bəndinə görə Az.TV-nin sabiq əməkdaşı Asəf Quliyevə 240, həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi bəndinə görə blogerlər Emin Milli Adnan Hacızadənin, habelə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 500 manat məbləğində maliyyə yardımı edilib.

Xatırladaq ki, “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar