130 yaşlı dəmir yolu
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 19-cu əsrin ortalarından Azərbaycanda yük və sərnişin daşımaları dəmir yolu nəqliyyatı vasitəsilə həyata keçirilir. 1847-ci ildə ilk mexaniki qazma quyusunun meydana gəlməsi, neftin qazma üsulla çıxarılmasının inkişaf etdirilməsi, ümumiyyətlə neft çıxarmanın inkişafı neft daşınmasının təkmilləşdirilməsi zərurətini yaradıb. Çünki əsas neftçıxarma rayonlarından olan Sabunçu, Suraxanı, Balaxanı nefti primitiv üsulla, 10 minədək ağac çənlərdə və tuluqlarda karvanlarla daşınır. Bu isə baha başa gəlirdi və inkişafa ciddi maneələr yaradırdı.
Neft sahibkarları mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 20 kilometr uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Dəmir yolunun inşası 1879-cu ildə başa çatır. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Məhz həmin gün tarixə Azərbaycanda dəmir yolunun yaranması günü kimi daxil olub.
Elxan SALAHOV

1036