Avropa Tələbələr Birliyinin nümayəndələri ilə görüş keçirilib
Lent.az-ın məlumatına görə, 5 nəfərdən ibarət nümayəndə heyətinin səfərinin məqsədi bir müddət öncə bu mötəbər quruma assosiativ üzv olan Azərbaycan Tələbələr Birliyinin ən yaxın tərəfdaşları ilə daha yaxından tanış olmaqdır.
Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşanın milli tələbələr birliyindən olan nümayəndə heyətinə ilk öncə Mərkəzin ofisi göstərilib, daha sonra isə fəaliyyətinə dair məlumatlar verilib. Nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, Avropada fəaliyyət göstərən tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyi və Avropa Şurası ilə tərəfdaşlıq etməsi Mərkəz üçün səmərəlidir.
Səfərdə iştirak edən gənclər təşkilatları da Mərkəzin fəaliyyətindən məmnun olduqlarını, səmərəli işlər gördüyünü diqqətə çatdırıblar və birgə proqramlar həyata keçirmək üçün imkanların olduğunu vurğulayıblar.

550