Nazir: “54 min manatı ödəməyə gücümüz çatar”
16 avqust 2010 17:00 (UTC +04:00)

Nazir: “54 min manatı ödəməyə gücümüz çatar”

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin məhkəməyə verilməsindən xəbərsizdir


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumun borcu olduğuna görə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə verilməsindən xəbərsizdir.



Lent.az-ın məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu məhkəmədən xəbəri yoxdur: “Bundan qətiyyən xəbərim yoxdur. Əgər belə bir məhkəmə prosesi varsa, 54 min manatı ödəməyə bizim gücümüz çatar, narahatçılığa səbəb yoxdur”.


Qeyd edək ki, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) 54 min 181 manat 2 qəpik borcu olduğuna görə Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib. Bu iş üzrə ilk məhkəmə prosesi avqustun 19-da hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçiriləcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar