0-200 bal arasında nəticə göstərən məzunlar
13 avqust 2010 10:30 (UTC +04:00)

0-200 bal arasında nəticə göstərən məzunlar

Builki məzunların 50 faizi ali məktəblərə qəbul imtahanında bu nəticəni göstərib


Orta məktəblərin builki məzunlarının yalnız 65 faizi ali və orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edib. Builki məzunların yerdə qalan 35 faizi isə təhsil almadan əmək bazarına daxil olmaq istəyir.


Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, artıq ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesi başa çatmaq üzrədir. Onun sözlərinə görə, qəbul prosesində iştirak edən abituriyentlərin 65 faizi orta məktəblərin builki məzunlarının payına düşüb. Ancaq həmin abituriyentlərin göstərdiyi nəticələr çox aşağıdır.


TQDK sədri deyib ki, builki məzunların cəmi 8 faizi 500-700 bal arasında nəticə göstərib. 50 faiz məzunların imtahanlarda göstərdikləri nəticə isə 0-200 bal arasında olub. Bu isə o deməkdir ki, orta məktəblərin builki məzunlarının 50 faizə qədəri ali məktəblərə qəbul üçün minimal keçid balını toplaya bilməyib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar