Ali məktəblərin magistraturalarının vakant yerlərinə sənəd qəbulu başa çatdı
2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu bu gün başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 1466 vakant yerə qəbul üçün 563 nəfər bakalavr ixtisas seçimi edib. E. Nağızadə magistraturalara yerləşdirmənin nəticələrinin yaxın günlərdə elan ediləcəyini söyləyib.

438