“Kür çayının Qara dənizə döndərilməsi nəzərdə tutulmur”
Ərdahan valisi: “Ərazidə müəyyən yerlərdə su anbarları yaradılır”
Kür çayının Türkiyədən keçən hissəsində çayın istiqamətinin Ərdahandan Qara dənizə döndərilməsi nəzərdə tutulmur.
Bunu Lent.az-a açıqlamasında Türkiyənin Ərdəhan şəhərinin valisi Mustafa Tekmen bildirib.
“Bununla bağlı mətbuat müəyyən məlumatlar yaydı. Amma deyirəm ki, belə bir proyekt yoxdur. Belə bir addım da nəzərdə tutulmur”, - deyə vali bildirib.
M.Tekmen onu da əlavə edib ki, ərazidə müəyyən yerlərdə su anbarları yaradılır. Bu anbarlara toplanan Kürün və digər çayların suyu kanallar vasitəsi ilə ətrafı ərazilərin suvarılmasında istifadə olunacaq. Bu kanallar vasitəsi ilə su anbarlarına toplanan suyun bir hissəsinin son nöqtə olaraq Qara dənizə axıdılması mümkündür.
Vali bildirib ki, hazırda Ərdahanda Türkiyə, Gürcüstan və Azərbaycanı əhatə edən regional bir layihənin reallaşdırılması nəzərdə tutulur. Mədəni və iqtisadi yönümlü olacaq bu layihə çərçivəsində vilayətdə sərbəst iqtisadi bölgənin yaradılması da planlaşdırılır.
Qeyd edək ki, iyulun əvvəllərində Türkiyə mətbuatı Ərhadanda Kür çayının istiqamətinin Qara dənizə dəyişdiriləcəyi barədə layihə üzərində işlər getdiyini yazıb. Həmin məlumata görə, bu layihə reallaşacağı təqdirdə Kür çayının Türkiyə ərazisində formalaşan suyu tam həcmdə Qara dənizə istiqamətləndiriləcək.
Rəşad

580