Ağsu aşırımında 27 kafe bağlandı
Gigiyena və Epidemiologiya Mərkəzi ərazilərində Ağsu aşırımında magistral yol kənarında əhaliyə xidmət göstərən 27 ictimai iaşə obyektlərinin fəaliyyətini dayandırıb. Həmin obyektlərin 18-i Ağsu, 9-u isə Şamaxı rayonunun payına düşür.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu qərar Ağsu və Şamaxı rayonlarının İcra Hakimiyyətlərinin və yerli polis orqanlarının nümayəndələri ilə birlikdə 30-31 iyul 2010-cu il tarixlərində aparılan reydlərdən sonra çıxarılıb. Yoxlamalar zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud pozulması halları aşkar edilib. Nəticədə Ağsu rayonu ərazisində 18 ictimai iaşə obyektinin, Şamaxı rayonu ərazisində isə 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb. Ağsu rayonu ərazisində 2 obyektin, Şamaxı rayonu ərazisində isə 3 obyektin sahibkarı inzibati qaydada cərimə olunub.
Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb.
Elxan SALAHOV

397