İxtisas seçimi üçün sənəd qəbulunun vaxtı uzadıldı
02 avqust 2010 16:45 (UTC +04:00)

İxtisas seçimi üçün sənəd qəbulunun vaxtı uzadıldı

2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulunun vaxtı bir gün uzadılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, ixtisas seçimi sənəd qəbulunun vaxtının bu gün saat 24.00-dək davam etməsi nəzərdə tutulmuşdu. Amma indiyədək təxminən 700 abituriyent hələ də ərizəsini təsdiqlətməyib. Bu səbəbdən TQDK sənəd qəbulunun vaxtının avqustun 3-ü saat 14.00-dək uzadılmasına qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar