Mətbuatın 135 illiyilə balı müəmmalı tədbir
Əflatun Amaşov: “Tədbirə qatılmayacağam”
İyulun 28-də “İttihad” Beynəlxalq Mərkəzi Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirəcək. Lent.az-ın məlumatına görə, mərasimin “Buta Palace”da keçirilməsi dəqiqləşib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da həmin tədbirə dəvət alanlardandır. Lakin Ə.Amaşov Lent.az-a açıqlamasında həmin mərasimə qatılmayacağını bildirib: “Mən həmin təşkilatın adını birinci dəfədir ki, eşidirəm. Belə bir mərkəzin mətbuatın 135 illiyilə bağlı tədbir keçirməsi mənə qəribə və müəmmalı gəlir. Başqa bir müəmma isə odur ki, planlaşdırılan tədbir Milli Mətbuat Günündən xeyli – 6 gün sonra keçirilir. Axı artıq Milli Mətbuat Günü ilə bağlı tədbirlər də yekunlaşıb. Özü də cəmiyyətə, həmçinin Mətbuat Şurasına məlum olmayan qurum tərəfindən keçirilir. Bunlar hamısı müəmmalıdır. Ona görə də tədbirə qatılmayacağam”.
Pərvin ABBASOV

Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03