Moskva-Naxçıvan aviareysi açılıb
Bu gündən etibarən Rusiyanın “Atlant-Soyuz” aviaşirkəti Moskva-Naxçıvan-Moskva marşrutu üzrə birbaşa uçuşlara başlayıb.
”APA-ECONOMICS”in “Atlant-Soyuz” şirkətinə istinadən verdiyi məlumata görə, Moskva-Naxçıvan-Moskva marşrutu üzrə ilk təyyarə bu gün Moskva vaxtı ilə saat 12:00-da Vnukovo aeroportundan havaya qalxıb. Təyyarə yerli vaxtla saat 15:45-də Naxçıvan hava limanına enib. Naxçıvandan isə saat 16:45-də təkrar Moskvaya uçacaq.
Uçuşlar “Boeing 737-800” avialayneri ilə hər həftənin II günləri yerinə yetiriləcək. Bir istiqamətə aviabiletin qiyməti təxminən 170 manat (160 avro) təşkil edir. Lakin ilk reyslər üçün güzəştli tarif (99 avro) tətbiq olunur.
Qeyd edək ki, bu, “Atlant-Soyuz” aviaşirkətinin Azərbaycana yerinə yetirdiyi ikinci aviareysdir. Belə ki, 2009-cu ilin avqust ayında şirkət Moskva-Gəncə marşrutu üzrə uçuşlara başlayıb.

562