“Russkiy xolod” əmtəə nişanlı dondurmaların satışı qadağan olundu
Dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələbləri pozulur
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları dondurma idxalı ilə məşğul olan fiziki şəxs C.Cavadova məxsus müəssisədə (Nəsimi ray., B.Mirzəyev küç. 24/133) araşdırma aparıblar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq zamanı müəyyən olunub ki, Rusiyadan “Russkiy xolod” əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələbləri pozulur.
Məhsullar sertifikatlaşdırılmadan satışa buraxılır. Təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan “Russkiy xolod” əmtəə nişanlı dondurmaların siyahısı:
“Öbileynoe”
“Plombir SSSR”
“Plombir SSSR” “Stoliçnoe eskimo”
“Plombir “Nastoyaşiy”
“Lakomka “Gnerqo”
“Lakomka “Tradicionnıy”
“Plombir SSSR” şokoladnoe
“Lakomka “Tradicionnıy” s vişnevım djemom
“Lakomka “Tradicionnıy”
Xatırladırıq ki, Nazirlər Kabinetinin 154 saylı qərarına əsasən uyğunluq sertifikatı olmayan məhsulların respublika ərazisində satışı qadağandır. Komitə əməkdaşları tərəfindən idxalçı firmada aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhsulların satışının dayandırılması barədə müəssisə rəhbərinə göstərişlər verilib.

649