Şuranın maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu başa çatdı
Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra açıqlanacaq
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu il iyunun 24-də QHT-lər üçün elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu iyulun 23-də başa çatıb. Bu barədə Lent.az-a Şuranın mətbuat xidmətindən məlumat verilib.
Ümumi fondu 175 000 manat olan müsabiqəyə ölkə QHT-lərindən 210 layihə təklifi daxil olub.
Hazırda Şuranın Katibliyi müsabiqəyə daxil olmuş layihə təkliflərinin ilkin seleksiyası və ekspertizaya hazırlanması ilə məşğuldur.
Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra açıqlanacaq.

463