Fövqəladə hallar nazirliyi jurnalistləri təltif etdi
24 iyul 2010 11:30 (UTC +04:00)

Fövqəladə hallar nazirliyi jurnalistləri təltif etdi

Kəmaləddin Heydərov: “Maarifçilik sahəsində böyük addım atan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız şərəfli yol keçib”

Mətbuatımızın 135 illiyi ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 22-də bir qrup jurnalistin nazirliyin döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.

Lent.az-ın verdiyi məlumata görə, bu münasibətlə bu gün Fövqəladə Hallar Nazirliyində tədbir keçirilib.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev nazirin jurnalistlərə təbrikini çatdırıb. Kəmaləddin Heydərov təbrikində qeyd edib ki, maarifçilik sahəsində böyük addım atan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız şərəfli yol keçib. “Əkinçi” qoyduğu izin nəticəsidir ki, XX əsrin əvvəlində Azərbaycanda onlarla qəzet dərc olunmağa başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlməsi də mətbuatımızın inkişafına güclü təkan verib, cəsarətli məqalələr dərc olunmağa başlayıb. Bu məqalələr keçmiş SSRİ-nin rəhbərliyində müzakirə olunub. Fövqəladə hallar naziri vurğulayıb ki, Azərbaycanda azad mətbuatın formalaşması da Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə qəzetlərin keçmiş borcu silinib, senzura ləğv olunub, mətbuata diqqət artıb.

Təbrikdə qeyd olunur ki, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinə diqqətin artırılması işi prezident İlham Əliyev tərəfindən davam etdirilir. Fövqəladə hallar naziri jurnalistlərə şərəfli işlərində uğurlar arzulayıb.

Daha sonra geniş çıxış edən Orucəli Hacıyev bildirib ki, jurnalistlər fövqəladə hallar zonalarında fədakar əməkləri ilə seçilib, nazirliklə səmərəli əməkdaşlıq ediblər: Nazirliyimiz həmişə mətbuat üçün açıq qurum olub. Fövqəladə Hallar Nazirliyinin mətbuatla problemi olmayıb və olmayacaq.

Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev mətbuatın inkişafı sahəsində görülən işlərdən danışıb: “Elə bir dövlət tanımıram ki, prezident jurnalistlərin sosial müdafiəsi üçün vəsait ayırsın və onlar üçün ev tiksin. Azərbaycan prezidenti İlham Əliyev bu addımı atıb”.

Daha sonra jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin döş nişanı təqdim olunub. Lent.az-ın müxbiri Ramiz Mikayıloğlu və APA İnformasiya Agentliyinin müxbiri Rəşad Süleymanova da nazirliyin döş nişanı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar