2 restoran və 18 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
22 iyul 2010 20:00 (UTC +04:00)

2 restoran və 18 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

367 kiloqram olan saxlama müddəti ötmüş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Mingəçevir şəhərlərini, eləcə də Abşeron, Tərtər, Xaçmaz, Ağdaş, Daşkəsən və Göygöl rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 18 mağaza və 2 restoranın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Xətai rayonunda
- Babək prospekti, 9-cu dairə, 64/3 ünvanında yerləşən “Arzu” restoranında;

Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Ülvi ” restoranında;

Abşeron rayonunun Xırdalan şəhərində
- H.Əliyev prospekti, 20 ünvanında yerləşən “Bərəkət market”də;
- M.Hüseynzadə küçəsi, ev 3 ünvanında yerləşən “Şəms market”də;
- H.Əliyev prospektində yerləşən “Rəsul market”də, “Market 2003”də və “Tərlan market”də;
- Xırdalan dairəsində yerləşən “4 yol market”də;
- 27-ci məhəllədə yerləşən “Seymur market”də;
- 27-ci məhəllə, H.Aslanov küçəsində yerləşən “Abşeron market”də;
- Z.Əliyeva küçəsində yerləşən “Yusif market”də;
- H.Aslanov ilə Ə.Şəfiyev küçələrinin kəsişməsində yerləşən “Yaşar market”də;

Tərtər rayonunda
- H.Əliyev prospektində Nəsimi Abdullayevə məxsus mağazada;

Xaçmaz şəhərində
- M.Hüseynzadə küçəsində Ramin Ramazanova məxsus mağazada;

Mingəçevir şəhərində
- H.Əliyev prospektində yerləşən “Market 2007”də;

Ağdaş rayonunda
- H.Əliyev prospektində Şirzad Məmmədova məxsus mağazada;

Daşkəsən şəhərində
- İ.Qayıbov küçəsi, 12 ünvanında “Miki Market”də;
- T.İsmayılov küçəsində Rəhman Nəcəfova məxsus mağazada;

Göygöl rayonunda
- A.Kazımov küçəsi, 39 ünvanında Asəf Əsədova məxsus mağazada;
- Üçtəpə kəndində yerləşən “Səma market”də.

Monitorinq zamanı ümumi çəkisi 367 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar