Azərbaycan prezidenti mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncamda zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafına mühüm töhfələr verdiyi qeyd olunur.
Sənəddə qeyd edilir ki, mətbuat müstəqillik illərində daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyev milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıb:
1. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

670