Qənirə Paşayeva “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabını təqdim etdi
17 iyul 2010 13:30 (UTC +04:00)

Qənirə Paşayeva “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabını təqdim etdi

Türk dünyasının ölkələrinin Azərbaycanda tanıdılması istiqamətində növbəti addım atılıb. Lent.az-ın məlumatına görə, iyulun 17-də millət vəkili Qənirə Paşayeva “Quzey Kıprıs və Kıprıs Türkləri” adlı kitabını təqdim edib.

Kitab Şimali Kipr barəsindədir. Müəllifin bildirdiyinə görə, Atatürk Mərkəzində təqdim edilən kitabda Şimali Kipr həm siyasi, həm turistik, həm də mədəni tərəfdən araşdırılıb.

Qənirə Paşayeva jurnalistika fəaliyyəti dövründə Şimali Kipr barədə hazırladığı reportajlardan da faydalanıb. Bundan əlavə o, kitabı yazmaq üçün ölkəyə bir daha səfər edib və yenidən araşdırma aparıb.

Təqdimatda iştirak edən ictimai xadimlər “Quzey Kıprıs və Kıprıs Türkləri”nin Azərbaycanda maraqla qarşılanacağı və oxunacağı fikirlərini bölüşdülər. Onlar kitabın Azərbaycandan Şimali Kiprə gedən insanların sayının artmasına kömək edəcəyini də bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar