Ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın qəbuluna başlanılıb
07 iyul 2010 15:30 (UTC +04:00)

Ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın qəbuluna başlanılıb

FHN-in Dövlət Material Ehtiyatları Agentliyi bu barədə elan verib



Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü barədə elan verib.


APA-nın xəbərinə görə, elanda bildirilib ki, “Dəvəçi-Dəyirman MMC”, Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, “Araz ASC” “Aveta”, “EL” KM, “Bəxtiyar” İstehsalat-ticarət və “Neon” firması müəssisələri vasitəsilə cari ilin iyulun 1-dən sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 160 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün -750 q/l-dən az olmamaqla


II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün -2 faizdən çox olmamaqla


III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla


IV. Nəmlik (faizlə)- bütün
bitkilər üçün -13,0 faizdən çox olmamaqla


V. Yapışqanlıq -3-cü sinif
buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla


VI. Şüşəvarilik
-1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
-3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır


VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir


VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir


IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün- yol verilmir


X. Digər əlamətlər –bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir



Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.


Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

“Dəvəçi-Dəyirman MMC”: Dəvəçi şəhəri( 0-55)-760-35-05; (0-50)-382-35-84

Karat-Holdinq: Xirdalan şəhəri (0-50)-223-18-97

FATOĞLU:Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38; (0-50)-222-08-20

N.Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72

“Araz ASC”: Ziğ şossesi 27 (0-50)-502-29-08; 012-379-10-29; faks: 012-373-90-00

“Aveta”: Kürdəmir şəhəri (0-50)-200-11-97

“Neon” firması :Gəncə şəhəri (0-50)-220-30-27

“EL” KM: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, 012-346-08-08, 012-346-08-00

“Bəxtiyar” İstehsalat-ticarət Firması: Gəncə şəhəri, Gəncə dəyirmanının elevatoru,
055-636-16-60; 050-312-49-46
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar