Daha 12 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
05 iyul 2010 20:00 (UTC +04:00)

Daha 12 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

2 şəhərdə və 2 rayonda vaxtı ötmüş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Sumqayıt şəhərlərini, eləcə də Şəki və Tovuz rayonlarını əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 12 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsi, 4042/60, ev 6 ünvanında Müşərrəf İbrahimovaya məxsus mağazada;
- C.Qurbanov küçəsi, 14 ünvanında Mikayıl Əliyevə məxsus mağazada;


Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 47 ünvanında Məmməd İsmayılova məxsus mağazada;


Binəqədi rayonunda
- Z.Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən “Oazis” restoranında;


Sumqayıt şəhərində

- Novxanı yolunda Fikrət Əliyevə məxsus mağazada;
- Novxanı-Sumqayıt yolunda yerləşən “Ulduz ərzaq market”də;
- Novxanı-Sumqayıt yolunda Mübariz Həsənova məxsus mağazada;
- Novxanı bağları ərazisində Mikayıl Hüseynova məxsus mağazada;
- Corat qəsəbəsində yerləşən “Narın Qala” kafesində;


Şəki şəhərində
- N.Nərimanov prospektində yerləşən “Araz Market”də;

Tovuz şəhərində
- H.Əliyev prospektində yerləşən “Target Supermarket”də;


Tovuz rayonunda
- Yurik Məmmədova məxsus mağazada.


Monitorinq zamanı ümumi çəkisi 437 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar