III qrup üzrə test suallarının düzgün cavabları açıqlandı
05 iyul 2010 14:30 (UTC +04:00)

III qrup üzrə test suallarının düzgün cavabları açıqlandı

Abituriyentlər suallara cavablarını yoxlamaqla topladıqları balları hesablaya bilər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası III ixtisas qrupu üzrə dünən keçirilən imtahanlarda istifadə olunan sualların düzgün cavablarını açıqlayıb.


Komissiyadan Lent.az-a verilən məlumata görə, test tapşırıqlarının düzgün cavabları artıq http://tqdk.gov.az saytında yerləşdirilib. Sayda rus və Azərbaycan bölmələri üzrə test tapşırıqlarının düzgün cavabları ayrı-ayrılıqda əksini tapıb.


TQDK-da bildirirlər ki, abituriyentlər sayta daxil olmaqla imtahanda cavablandırdıqları test tapşırıqlarının düzgün olub-olmadığını müəyyənləşdirməklə yanaşı topladıqları balları da hesablaya bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2134

Oxşar yazılar