TQDK sədri valideynləri qınadı
02 iyul 2010 15:32 (UTC +04:00)

TQDK sədri valideynləri qınadı

İmtahan qaydalarını daha çox regionlardan olan abituriyentlər pozur



“Bu il ali məktəblərə qəbul imtahanlarında köçürmə hallarına qarşı nəzarət tədbirləri bir qədər də sərtləşdirilib. Çünki əvvəlki illərdə keçirilən kütləvi imtahanlarda köçürmə hallarına rast gəlinir və buna yol verməmək üçün nəzarəti bir qədər də gücləndirmişik”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, xüsusən regionlardan olan abituriyentlər imtahan qaydalarını daha çox pozur. Hətta bu abituriyentlər arasında imtahana buraxılmaq üçün vacib olan sənədlərini özləri ilə götürməyənlər də var.


Məleykə Abbaszadə həm köçürmə hallarına yol verən, həm də müəyyən edilmiş imtahan vaxtından səmərəli istifadə edə bilməyən abituriyentlərə görə valideynləri də qınayıb: “Valideynlər uşaqlarına məsləhət verirlər ki, bir-biri ilə mehriban olsunlar. Onlar cəmiyyətdə də mehriban olmalıdırlar. Amma imtahanda hamı bir-birinin rəqibidir. Abituriyentlər var ki, 180 dəqiqəlik imtahan müddətinin 40 dəqiqəsini yanında oturan qızla və ya oğlanla söhbətləşir. Ona verilmiş vaxtdan səmərəli istifadə edə bilmədikdə isə lazımi nəticə göstərə bilmir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar