Azərbaycanda 71 yaşlı pensiyaçı imtahan verəcək
02 iyul 2010 11:00 (UTC +04:00)

Azərbaycanda 71 yaşlı pensiyaçı imtahan verəcək

1939-cu il təvəllüdlü abituriyent III ixtisas qrupunda biliyini sınayacaq


İyulun 4-də III ixtisas qrupu üzrə keçirilən imtahanlarda iştirak edəcək abituriyentlərdən birinin 71 yaşı var. 1939-cu il təvəllüdlü abituriyent hazırda pensiyaçıdır.


Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Son illər ali təhsilli vətəndaşlar arasında ikinci ali təhsil alanların sayının artığını deyən komissiya sədri bunu müsbət cəhət kimi dəyərləndirib: “Mən belə halları yüksək qiymətləndirirəm. Çünki ali təhsili olan insanlar bəzən ixtisaslarının müasir dövrün tələblərinə uyğun özlərinə uyğun olmadığını bilərək yenidən ali təhsil almaq istəyirsə, bunu müsbət hal kimi qəbul etmək lazımdır”.


Xatırladaq ki, bu il III ixtisas qrupunda imtahan verəcək abituriyentlərin 231 nəfəri ikinci ali təhsili almaq istəyənlərdir. Bu qrupda ən yaşlı abituriyentin 71, ən gəncinin isə 15 yaşı var.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar