Azərbaycanda qan çatışmazlığı var
“Savab Dünyası” Azərbaycan Talassemiya Assosiasiyası ölkə ictimaiyyətinə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir ki, son vaxtlar havalar isti keçdiyindən donor qanı ilə bağlı ağır vəziyyət yaranıb, daim donor qanına ehtiyacı olan insanlar (talassemiyalı, leykemiyalı, hemodializ pasiyentlər) donor qanı tapa bilmir.
“Heç kəs arxayınlıqla deyə bilməz ki, bu, mənə nə vaxtsa lazım olmayacaq! Hər birimiz donor qanına ehtiyac duya bilərik. Hər damla qan həyat hədiyyəsidir. Qan bankına gəlin, Allah yolunda, insanlıq naminə ehtiyacı olan insanlara qan verin. Unutmayın ki, qan verməyə bir saat ayrılan vaxt bir həyata bərabərdir” – müraciətdə belə deyilir.

556