6 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
29 iyun 2010 17:00 (UTC +04:00)

6 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

İstifadə müddəti ötmüş 120 kiloqram yararsız məhsul satışdan çıxarılıb


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərlərini, eləcə də Göygöl, Bərdə və Xaçmaz rayonlarını əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 6 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların 2-si paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:


Bakının Yasamal rayonunda
- F.Ağayev küçəsi, 558-ci məhəllədə yerləşən “Fateh market”də;
- Ə.Ələsgərov küçəsi, ev 546, mənzil 2 ünvanında İbad Əhmədova məxsus mağazada;


Göygöl şəhərində
- A.Kazımov küçəsində yerləşən “Təranə 545 market”də;


Bərdə şəhərində
- Bakı küçəsində yerləşən “Okean market”də;

Xaçmaz şəhərində
- M.Qudyalçaylı küçəsində Qalib Quliyevə məxsus mağazada;


Gəncə şəhərində
- Ü.Hacıbəyov küçəsində Əhməd Məmmədova məxsus mağazada.


Monitorinq zamanı ümumi çəkisi 120 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar