Ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də olacaq
25 iyun 2010 12:30 (UTC +04:00)

Ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də olacaq

İyulun 4-də ali məktəblərə qəbul üzrə ilk imtahan keçiriləcək.


Bu imtahan III ixtisas qrupuna sənəd verən abituriyentlər üçün olacaq. Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında açıqlama verib.


O bildirib ki, bir neçə saatdan sonra abituriyentlər imtahana buraxılış vərəqələrini internet vasitəsilə əldə edə biləcəklər. M.Abbaszadənin sözlərinə görə, imtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi ön şərtdir. Məhz bu səbəbdən, orta məktəbin builki məzunları qısa müddət ərzində - ən gec iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361

Oxşar yazılar