Əli Həsənovdan Elektron KİV jurnalistlərinə yaşıl işıq
25 iyun 2010 10:30 (UTC +04:00)

Əli Həsənovdan Elektron KİV jurnalistlərinə yaşıl işıq

Əli Həsənov: “Elektron KİV-lərdə çalışan jurnalistlər yazılarını yazılı mediada dərc etdirsələr, Fondun təşkil etdiyi müsabiqələrdə iştirak edə bilərlər”


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondunun əsas məqsədi Azərbaycanda yazılı mediaya dəstək verməkdən ibarətdir.

Lent.az-ın verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.


Əli Həsənov deyib ki, televiziyalara, elektron KİV-ə dəstək bu Fondun fəaliyyətində əks olunmur: “Aparılan təhlillər göstərir ki, Azərbaycanın elektron KİV-lərinin imkanları bu gün yazılı medianın imkanlarından qat-qat yüksəkdir. Azərbaycandakı reklamvericilər də öz reklamlarını bir qayda olaraq elektron KİV-lərə yönəldir. Yazılı medianın reklam bazarı kifayət qədər kasaddır. Bu da yazılı medianın vəziyyətinə həddən artıq mənfi təsir göstərir. Ona görə də Fondun fəaliyyəti ondan ibarətdir ki. Azərbaycanda yazılı medianın inkişafına dövlət dəstəyi həyata keçirsin”.


Bununla belə, Əli Həsənov qeyd edib ki, elektron KİV-lərdə çalışan jurnalistlər yazılı mediada yazı yazaraq Fondun jurnalistlər arasında təşkil etdiyi müsabiqədə iştirak edə bilərlər: “Əgər elektron KİV-lərdə çalışan jurnalistlər bu və ya digər yazılarını yazılı medianın səhifələrində dərc etdirirlərsə, Fondun təşkil etdiyi müsabiqələrdə iştirak edə bilərlər”.



Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar