Apelyasiya şikayəti üçün 3 gün qalıb
Təhsil Nazirliyi buraxılış imtahanlarından narazı qalanların müraciətinə iyunun 26-dək baxacaq
Orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələrindən narazı qalan şagirdlər və valideynlər Təhsil Nazirliyinə müraciət edə bilər. Nazirlikdə yaradılmış apelyasiya komissiyası şikayətlərə iyunun 26-dək baxacaq.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu ilki imtahanların təşkilati səviyyəsi kifayət qədər yüksək olub və şagirdlərin nailiyyətləri obyektiv qiymətləndirilib. Bu səbəbdən də apelyasiya komissiyasında yalnız texniki məsələlərlə bağlı şikayətlərə baxılacaq. İyunun 26-dan sonra isə ümumiyyətlə, heç bir şikayət qəbul olunmayacaq.
Xatırladaq ki, bu il buraxılış imtahanlarında müvəffəqiyyət qazana bilməyən 14 min şagird attestat almaq hüququnu itirib. Gələn il həmin şagirdlər təkrar imtahan verməklə attestat almaq imkanı qazanacaqlar.
Elxan SALAHOV

359