“Azərenerji”: Təbii fəlakətin nəticələri aradan qaldırılıb
Dayaqlar bərpa olunub, yeni xətlər çəkilib
“Azərenerji” ASC son günlər respublikamızda baş verən torpaq sürüşmələri və leysan yağışların enerji təsərrüfatına vurduğu fəsadların aradan qaldırıldığı barədə məlumat yayıb.
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkəsən Şəbəkə Rayonunda (ŞR) 6 kV-lik “Zəylik” hava xəttində torpaq sürüşməsi nəticəsində əyilmiş 4 ədəd dayaq bərpa olunub.
Eyni gərginlikli “Nasos” hava xəttində sel sularının yıxdığı 3 ədəd, “İqamərgah” hava xəttində isə 2 ədəd dayaq yenisi ilə əvəz olunub. 6 kV-lik “Bunker” hava xəttində ildırım vurması nəticəsində yanmış 2 ədəd və 0,4 kV-lik hava xətlərində güclü külək nəticəsində zədələnmiş 12 ədəd dayaq yenisi ilə əvəzlənib.
Gədəbəy ŞR-in balans aid olan 10 kV-lik KRS, “Böyük Qaramurad”, “Əli İsmayıl”, “Nəriman”, “Arıxdam”, “R. Əliyev”, “Şəkərbəy” hava xətlərində güclü külək nəticəsində 63 ədəd zədələnmiş dayaqdan 34-ü yenisi ilə əvəz olunub, 29-u isə bərpa edilib. Eyni zamanda 0,4 kV-lik hava xətlərində zədələnmiş 56 ədəd dayağın 12-si yenisi ilə əvəzlənib, 44-ü bərpa olunub.
Samux ŞR-in xidməti ərazisində 10 kV-lik “Qədilil” hava xəttində sel sularının yıxdığı 1 ədəd, “2-ci Sübartizan” hava xəttində isə 2 ədəd dayaq yenisi ilə əvəzlənib. Eyni gərginlikli “Seyidlər” hava xəttində isə sel sularının yıxdığı 2 ədəd dayağı bərpa etmək mümkün olmadığından 14 ədəd dayaq basdırılaraq yeni xətt çəkilib.
Qeyd edək ki, Göygöl və Şəmkir rayonları da təbii fəlakət zonasına aiddir və burada da fəsadların qarşısı alınıb.

517