Şirvan-Astara dəmir yolu bərpa edilir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Şirvan-Astara dəmir yolu sahəsində təmir-bərpa işlərinə başlanıb
Mayın 9-dan bağlı elan edilən Şirvan-Astara dəmir yolu xəttinin bərpası üçün hazırlıq işlərinə start verilib. Artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Şirvan-Astara dəmir yolu sahəsində təmir-bərpa işlərinə başlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, artıq Şirvan-Astara sahəsində bərpa işlərinə başlanılıb. Osmanlı-Azadkənd arasında birtərəfli çökmüş 7 kilometr yol yatağı bərpa olunub. Əraziyə 120 vaqon çınqıl döşənib. Onun sözlərinə görə, daşqınlarla əlaqədar dəmir yolunun Şirvan-Osmanlı və Azadkənd sahəsində görüləcək işlər bir neçə mərhələdə həyata keçiriləcək. Bunlar 2 ədəd 2000 millimetrlik dəmir-beton borunun tikintisi; üst quruluşu elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması, 10 kilometr məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, rabitə və yan elektrik xətlərinin bərpa olunmasından ibarətdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov isə bildirib ki, bu qurumun kollektivi gücləndirilmiş iş rejimi ilə işləyir. Onun sözlərinə görə, işlərinə İnfrastruktur Departamentinin, təmir-bərpa qatarlarının və digər müvafiq strukturlarının kollektivləri cəlb olunub.
Xatırladaq ki, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi dəmir yolunun işində də ciddi problemlər yaratmış, Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdı. Kürün daşması nəticəsində dəmir yolunun Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrliyində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrliyində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı 5 yerdən yarılmışdı. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdı.
Elxan SALAHOV

687