Təhsil naziri valideynlərə müraciət etdi
19 may 2010 18:30 (UTC +04:00)

Təhsil naziri valideynlərə müraciət etdi

Misir Mərdanov: “Heç bir məktəbdə heç kəs valideyndən və şagirddən bu və ya digər məsələlərlə bağlı pul yığmamalıdır”

“Mənim qulağıma gəlib çatır ki, bəzi məktəblərdə imtahanlarla və digər məsələlərlə bağlı şagirdlərdən pul yığmaq istəyirlər. Mən sizin vasitəsilə valideynlərə müraciət edirəm ki, Azərbaycan hökuməti məktəblərin bütün problemlərini həll edir və edəcək. Ona görə heç bir məktəbdə heç kəs valideyndən və şagirddən bu və ya digər məsələlərlə bağlı pul yığmamalı, belə hallara yol verilməməlidir”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir qeyd edib ki, son zənglə və ümumiyyətlə, hansısa adlarla məktəblilərdən pul yığılmamalıdır. Onun sözlərinə görə, belə addımların hər biri qeyri-qanunidir.

“Kim belə hərəkətlərə yol versə, cəzalandırılacaq” – deyə, Misir Mərdanov əlavə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar