Məktəbə hazırlıq yeni qaydalarla aparılacaq
Misir Mərdanov: “Bu qaydalar təsdiqləndikdən sonra məktəbə hazırlığın təşkili qaydaları ictimaiyyətə elan olunacaq”
“Azərbaycanda lisenziyasız fəaliyyət göstərən bağça qalmayacaq. Biz bu barədə Vergilər Nazirliyinə də müraciət etmişik və artıq vergi orqanları tərəfindən müvafiq tədbirlər görülür”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Məktəbə hazırlığın təşkili qaydaları”na münasibət bildirmək istəməyib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar daha bir neçə qayda təsdiqlənməlidir. Onun sözlərinə görə, bu qaydalar təsdiq olunandan sonra təhsil Nazirliyində mətbuat konfransı keçiriləcək və bununla da məktəbə hazırlığın təşkili qaydaları ictimaiyyətə elan olunacaq.
Elxan SALAHOV

858