Pensiyaların gecikməməsi üçün maliyyə ehtiyatı yaradılır
Dövlət Sosial Müdafiə Fondu bunun üçün təkliflər hazırlayır
Dövlət büdcəsində bir aylıq ehtiyat pensiya fondu yaradılacaq. Məqsəd ekstremal vəziyyətdə pensiyaların gecikdirilməsinə yol verməməkdir.
Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a bildiriblər ki, xüsusi maliyyə ehtiyatının yaradılması “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da nəzərdə tutulub. Proqramda göstərilir ki, əmək pensiyalarının sabit və dayanıqlı maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində xüsusi maliyyə ehtiyatının nəzərdə tutulması barədə təkliflər hazırlansın. Buna uyğun olaraq, fond təkliflər hazırlayır və gələn il bu məsələyə baxıla bilər.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin fikrincə, xüsusi maliyyə ehtiyatının nəzərdə tutulması ona xidmət edir ki, bu ehtiyat maliyyə vəsaiti hesabına pensiyaların ödənilməsi zamanı hər hansı gecikmə baş verməsin: “Düzdür, indiyə qədər pensiyaların maliyyələşməsində ciddi ləngimələr olmayıb. Bununla belə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində xüsusi maliyyə ehtiyatının yaradılması məqsədəuyğundur və bu addım texniki səbəblərdən bir necə günlük ehtimal olunan ləngiməni də aradan qaldırmağa imkan verəcək”.
Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondu təyin edilmiş pensiyalar arasında fərqin aradan qaldırılması ilə də bağlı təkliflər hazırlayır. Məqsəd əvvəllər pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxanların təqaüdləri arasında olan fərqin aradan qaldırılmasıdır. Hazırda əmək haqlarının leqallaşdırılması ilə bağlı mexanizmlərin müəyyənləşdirilməsi üzərində də iş aparılır. Belə ki, özəl sektorda əmək haqlarının leqallaşdırılmasında problemlər müşahidə olunur.
Elman Babayev deyir ki, 2010-cu ilin ilk altı ayında pensiyaların təyin olunması prosesi avtomatlaşdırılmış sistemə keçiriləcək və bu müddət ərzində pensiyaya çıxma yaşının artırılması ilə bağlı pensiya təyinatı aparılmayacaq: “Bu müddətdə fondda qeydiyyatda olan 1,7 milyon insanın çalışdığı müəssisələrdən əmək fəaliyyətləri haqda məlumatlar əldə ediləcək, o məbləğ 170 manata vurularaq indeksləşdiriləcək, fondda olan fərdi hesablarına yazılacaq və bu məbləğə 2006, 2007, 2008 və 2009-cu illərdə toplanmış sosial sığorta haqları əlavə olunacaq”.
Xatırladaq ki, 2010-cu ilin yanvar ayında 62 yaşı tamam olan kişi və yaxud 57 yaşı tamam olan qadın pensiyalarını yanvar ayından almayacaqlar. Onlara təqaüd iyul ayında təyin ediləcək. Eyni qayda hər il davam edəcək, yəni bu proses kişilərdə 2011, qadınlarda 2015-də başa çatacaq. Bundan sonra isə məlumatlar fondun rəsmi internet səhifəsində yerləşdiriləcək. Əhali gələcək pensiyasının məbləğini öyrənmək üçün sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil etməklə onları maraqlandıran məlumatları ala biləcək.
Elxan SALAHOV

608