Sumqayıtda qanunsuz ət kəsiminə qarşı reydlər keçirilir
23 dekabr 2009 19:10 (UTC +04:00)

Sumqayıtda qanunsuz ət kəsiminə qarşı reydlər keçirilir

Sumqayıtda hər gün baytarlıq sahəsində çalışan 4 nəfər həkim şəhərdaxili ərazilərdə yerləşən müxtəlif ət satışı nöqtələrinə reydə çıxır. Yoxlama zamanı antisanitar şəraitdə fəaliyyət göstərən ət kəsiminin qarşısı alınır.

Sumqayıt şəhər Baytarlıq İdarəsindən Lent.az-a bildiriblər ki, onlar şəhər ərazisində fəaliyyət göstərən fərdi və fermer təsərrüfatlarında profilaktiki peyvəndləmə, seroloji müayinələr də aparır. Bu il ərzində idarə tərəfindən iri buynuzlu heyvanlardan 692, xırda buynuzlu heyvanlardan 281, quşlardan 1873, balıqlardan 260, süd və süd məhsullarından 563 nümunə götürülərək laborator müayinəyə göndərilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar