Mətbuat Şurasının “qaynar xətti”nə müraciət edən olmayıb
Azərbaycan Mətbuat Şurasının «qaynar xətt»inə bələdiyyə seçkisini işıqlandıran jurnalistlərin peşə fəaliyyətinə maneələrin törədilməsi ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Şuradan Lent.az-a bildirilib ki, qurumun paytaxtda və bölgələrdə seçkini gedişini izləyən monitorinq qrupunun üzvləri də kütləvi informasiya vasitələri təmsilçilərinə münasibətdə hər hansı xoşagəlməz olayın yaşanması ilə bağlı fakt aşkarlamayıblar.
Qrupun üzvləri paytaxtda və müxtəlif bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə yanaşı orada seçki prosesini izləyən jurnalistlərə yaradılan şəraitlə də tanış olublar.
Qeyd edək ki, MŞ-nin bələdiyyə seçkisi ilə əlaqədar yaratdığı «qaynar xətt» rejimi bu gün saat 08.00-dan 19.00-dək fəaliyyətdə olacaq. Bu müddət ərzində Şuranın (012) 561 82 46 və (012) 561 80 37 saylı telefon nömrələri jurnalistlərdən gələn zəngləri qəbul edir. Seçkini işıqlandıran KİV təmsilçiləri həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinə mümkün maneələr barədə məlumat verə bilər.

741