Ziyafət Əsgərov: “Onlar Azərbaycana təzyiq yolunu tutublar”
28 noyabr 2014 10:18 (UTC +04:00)

Ziyafət Əsgərov: “Onlar Azərbaycana təzyiq yolunu tutublar”

"Bir sıra beynəlxalq təşkilatlar "insan hüquqları" adı altında Azərbaycana təzyiq yolunu tutub".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Parlamentində Martin Şultsun Azərbaycanla bağlı son bəyanatını şərh edərkən deyib.

 

"Bu, heç bir əsası və məntiqi olmayan bəyanatdır. Neçə ildir Avropada siyasətlə məşğul olan bir adam nə Azərbaycandakı qaçqın və məcburi köçkünlər, nə də işğal olunmuş torpaqlarla maraqlanıb. Amma birdən-birə onların dediyinə görə, hansısa siyasi məhbusun hüquqları bunları maraqlandırıb. Bu, Azərbaycana təzyiq vasitəsidir" - deyə vitse-spiker qeyd edib.

 

Z.Əsgərov əlavə edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Nə BMT, nə də Avropa Şurası səviyyəsində siyasi məhbus anlayışının təsbit olunduğu heç bir beynəlxalq sənəd yoxdur. Əslində onlar özləri də bilirlər ki, bu oyundur. Amma oyunun da qaydaları var. Yoxsa mənim Azərbaycandan xoşum gəlmir, götürüb qara yaxım - bu, nə əxlaqa, nə də etikaya sığır. Belə bəyanatları biz rədd edirik. Biz səmimi dialoqun tərəfdarıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar