Zakir Həsənov Qaraheybətdə xarici qonaqlarla görüşdü
07 may 2014 15:17 (UTC +04:00)

Zakir Həsənov Qaraheybətdə xarici qonaqlarla görüşdü

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Qaraheybət Təlim Mərkəzində ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi general Daraqo Lovriçi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Z.Həsənov D.Lovriçi salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin inkişaf etdiyini qeyd edib.
 

Cənubi Qafqazla Balkanlar arasında mövcud oxşar vəziyyətə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Azərbaycan-Xorvatiya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.  Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Xorvatiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Neda Milişiç də iştirak ediblər.

 

Daha sonra general-polkovnik Zakir Həsənov Qaraheybət Təlim Mərkəzində NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri də qəbul edib.

 

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan Müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər.
 

General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar