Zakir Həsənov Belçikaya gedib
02 iyun 2014 10:29 (UTC +04:00)

Zakir Həsənov Belçikaya gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Z.Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə baş tutan səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.
 

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.

 

Z.Həsənov həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvətilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə də iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar