Zahid Oruc: “Prezidentin dediyi nadan məmurlar…”
05 mart 2013 14:07 (UTC +04:00)

Zahid Oruc: “Prezidentin dediyi nadan məmurlar…”

Bu gün Milli Məclisdə insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın illik məruzəsi dinlənilib.

 

Lent.az-ın verdiyi məlumata görə, müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deyib ki, prezidentin dediyi nadan məmurlar ona görə formalaşıb ki, parlamentdə hesabatlar zamanı millət vəkilləri güzəştli mövqe tutublar.

 

Millət vəkili bildirib ki, hökumət Novruz bayramı qabağı hesabat verir, bayramqabağı da millət vəkilləri o qədər tənqidə meylli olmadıqları üçün nazirlər özlərini rahat hiss edirlər. O, mülkiyyət toxunulmazlığı məsələsinə məmurların həssas yanaşmasını zəruri sayıb.

 

Zahid Oruc bildirib ki, keçən il ombudsmana hərbi hissələrə baş çəkmək səlahiyyəti verilib: “Ancaq 17 nəfər 100 minlik orduya nəzarət edə bilməz. Elmira Axundova hərbi ombudsman səlahiyyətlərini yerinə yetirdiyini nümayiş etdirməlidir”.

 

Zahid Oruc qeydiyyatsız evlər məsələsinə də toxunub: “O qeydiyyatsız evlərdə yaşayan gənclər gələcəyimizdir. Biz hər il 400 min insanla bağlı məsələni növbəti ilə ötürürük. Bu məsələ nəhayət, həllini tapmalıdır”.

 

Millət vəkilləri Fridom Haus kimi QHT-lərin dünyanı idarə etmək üçün yaradıldığını söyləyib: “Biz bu məsələləri nəzərə almalyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar