Yardımlı rayonuna 5 milyon manat ayrıldı
21 fevral 2013 18:44 (UTC +04:00)

Yardımlı rayonuna 5 milyon manat ayrıldı

 

Azərbaycan prezidenti İlham Əliyev Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
sərəncamla on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.


Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar