YAP Cəmil Həsənlinin ABŞ səfərinə münasibət bildirib
20 noyabr 2013 17:33 (UTC +04:00)

YAP Cəmil Həsənlinin ABŞ səfərinə münasibət bildirib

“Nə Milli Şura, nə də onun nümayəndələrinin fəaliyyəti, haralarasa səfəri bizi narahat edir. Bizim üçün onların gördüyü işlərin fərqi yoxdur”.

 

Bu sözləri Lent.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin ABŞ-a səfərini dəyərləndirərkən belə deyib.

 

Yap rəsmisi bildirib ki, C.Həsənlinin ABŞ-a səfəri turistik mahiyyət kəsb edir: “Amerika cəmiyyəti hamını yaxşı tanıyır. Ona görə də Cəmil Həsənli hansısa siyasi əlaqə yaratmaları mümkün deyil. O, siyasətdə olmayan bir adamdır. Bilindiyi kimi də ABŞ-da onunla heç bir rəsmi şəxs görüş keçirməyib”.

 

S.Novruzov deyib ki, bu gün Milli Şura üzvlərinin hamısı bir-birilərinin ünvanına ittihamlar səsləndirirlər: “Biz əvvəldən də bütün bunların olacağını demişdik. Buna səbəb odur ki, bu adamlar hər zaman xalqın yox, özlərinin fərdi maraqlarını güdürlər”.

 

Deputatın sözlərinə görə, Milli Şurada təmsil olunan partiya sədrlərini artıq sədr kimi qəbul etmirlər. Bu səbəbdən də onlar MŞ-də həmsədrlik yaratmaq və daha sonra isə R.İbrahimbəyovla C.Həsənlini həmsədrlikdən uzaqlaşdıraraq, onların yerinə keçmək istəyirlər: “Rejissor da bunu gördüyü üçün müsahibə verdi ki, partiya sədrləri həmsədr ola bilməz. Bütün bunlar göstərir ki, bu adamların arasında səmimi münasibətlər yoxdur”.

 

S.Novruzovun fikrincə, Milli Şuranı İctimai Palatanın taleyi gözləyir və qurumun ömrü yaxın zamanlarda sona çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar