Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Daraqo Lovriç mayın 6-da Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonağın MN-də görüşləri planlaşdırılır.
General D. Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər mayın 8-dək davam edəcək.