Xocalı soyqırımı ilə bağlı flashmob keçirildi
25 fevral 2013 11:21 (UTC +04:00)

Xocalı soyqırımı ilə bağlı flashmob keçirildi

Tovuz rayonunda yerləşən TürkEl televiziyası tərəfindən  Xocalı soyqırımının ildönümü ilə bağlı qeyri-adi flashmob aksiya keçirilib. Lent.az-ın məlumatına görə, fevralın 21-də Qırmızı Körpüdə başlayan aksiyaya ilk olaraq,  Gürcüstanda yaşayan həmvətənlərimiz qoşulub.  

 

“Xocalıya ədalət” şüarı altında keçirilən aksiya iştirakçıları Bakı-Qazax avtomagistralı ilə 500 km-lik yolu qət edərək Bakıdakı “Ana harayı” abidəsinə gəliblər. Aksiyaçılar əllərində yanar məşəl tutublar. Yolboyu keçdikləri yaşayış məntəqələrinin sakinləri məşəldən şam yandıraraq, Xocalı soyqırımında həlak olanların xatirəsini anıblar.

 

“Bakı Kreativ Gənclər” birliyinin də üzvlərinin də qatıldığı dinc aksiyada  Xətai RİH-nin nümayəndələri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar