XIN rəsmisi Brüsselə gedəcək
05 aprel 2013 17:07 (UTC +04:00)

XIN rəsmisi Brüsselə gedəcək

Gələn həftənin əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Brüsselə səfər edəcək.


 

APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, nazir müavini aprelin 8-də AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə Azərbaycan-AB əməkdaşlıq münasibətlərini müzakirə edəcək.

 

Mahmud Məmmədquliyev aprelin 9-10-da Azərbaycanla AB arasında assosiativ saziş imzalanması üzrə danışıqların növbəti sessiyasında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar