XİN Böyük Britaniyanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırdı
31 may 2014 14:13 (UTC +04:00)

XİN Böyük Britaniyanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırdı

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisinə cavab verib. Lent.az-ın xəbərinə görə, XİN Azərbaycan Respublikasının vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunması ilə bağlı Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə kimi qiymətləndirir və tam şəkildə qəbuledilməz hesab edir.  

 

XİN-in mətbuat xidməti adları sadalanan şəxslərin vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunduqlarını və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirildiyini açıqlayıb.

 

Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı və ümumiyyətlə, Azərbaycanda heç kimin siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmadığı əksini tapıb.

 

XİN Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar