Xəzəryanı dövlət başçılarının növbəti sammiti 2014-cü ilin ortalarında Həştərxanda keçiriləcək.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun Moskvada keçirilən 34-cü iclasının açılışında çıxışında deyib.
S. Lavrov onu da qeyd edib ki, gələn ilin yazında Moskvada Xəzər problemlərinə dair nazirlərin konfransı keçirilə bilər.
Rusiyalı nazir bildirib ki, Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməlidir.
Qeyd edək ki, sonuncu Xəzər sammiti 2010-cu ildə Bakıda keçirilib.