Xələf Xələfov: “Komissiyanın əsas funksiyası sərhəd məsələlərini əlaqələndirməkdir” - YENİLƏNİB
16 dekabr 2013 16:00 (UTC +04:00)

Xələf Xələfov: “Komissiyanın əsas funksiyası sərhəd məsələlərini əlaqələndirməkdir” - YENİLƏNİB

“İranla Azərbaycan arasında sərhəd məsələləri üzrə komissiya yaradılıb. Bu komissiyanın əsas funksiyası sərhəd məsələlərini əlaqələndirmək və müzakirələr aparmaqdır”.


 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Nazir müavini deyib ki, bu komissiyalara hər iki ölkənin XİN-in hüquq departamentlərinin rəhbərləri başçılıq edir: “Komissiyalarda bütün müvafiq qurumların ekspertləri və mütəxəssisləri təmsil olunurlar. Komissiya sərhəd körpüləri, sərhəd çaylarından istifadə məsələləri və sərhəddə olan keçid məntəqələrinin fəaliyyətini müzakirə edir”.

 

X. Xələfov qeyd edib ki, sərhədlə bağlı məsələnin konkret həlli bu komissiyadan asılı deyil: “Komissiyanın funksiyası bu məsəllərin həllini əlaqələndirmək və müəyyən mənada təkan verməkdir. Konkret məsələlər müvafiq qurumlar arasında müzakirə olunub, həllini tapa bilər”.

 

“İranla Azərbaycan arasındakı Culfa körpü nə zaman açıla bilər” sualına nazir müavini belə cavab verib: “Bu, müxtəlif qurumların, məsələn, Nəqliyyat Nazirliyi, Sərhəd Xidməti və s.-in fəaliyyətinə aid məsələdir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar