Xələf Xələfov: “Belə səylər insanlığa qarşı cinayətlərin təkrarlanmamasına xidmət edəcək”
28 fevral 2013 13:14 (UTC +04:00)

Xələf Xələfov: “Belə səylər insanlığa qarşı cinayətlərin təkrarlanmamasına xidmət edəcək”

“Bosniya və Herseqovina Parlamentinin qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının tanınması istiqamətində çox əhəmiyyətli addım olub”

 

“Fevralın 26-da Bosniya və Herseqovina Parlamentinin (Parlament Məclisinin Xalqlar Palatası) qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub”.

Lent.az-ın verdiyi məlumata görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib. Xələf Xələfov bu qətnamənin çox mühüm olduğunu vurğulayıb: “Biz Xocalı qətliamının beynəlxalq tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndiririk. Bir sıra ölkələrin parlamentlərinin, xüsusilə Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk. Xocalı qətliamının tanınması və qınanması istiqamətində beynəlxalq həmrəyliyə əsaslanan səylərin davam edəcəyinə inanırıq. Hesab edirik ki, belə səylər insanlığa qarşı bu qəbildən olan dəhşətli cinayətlərin təkrar olunmamasına xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar