Xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir
12 aprel 2013 18:18 (UTC +04:00)

Xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir

Yaxın günlərdə İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.


 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Əli Əkbər Salehi türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığı zamanı bildirilib. Görüşün Türkiyənin Ərzurum şəhərində keçiriləcəyi qeyd olunsa da, tarixi haqda məlumat verilməyib.

 

Xatırladaq ki, bu görüşün 2012-ci il noyabrın 28-də keçirilməsi planlaşdırılsa da,  müəyyən səbəblərdən təxirə salınıb.

 

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə

Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar