Xarici İşlər Naziri Rumıniya prezidentinin müşavirini qəbul edib
04 aprel 2013 18:57 (UTC +04:00)

Xarici İşlər Naziri Rumıniya prezidentinin müşavirini qəbul edib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya prezidentinin müşaviri Yulian Kifunu qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq bildirilib.

 

Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin uğurla əməkdaşlıq etdiyi, bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkə vətəndaşlarının sosial rifahının yüksəldiyini söyləyib. Rumıniya prezidentinin müşaviri Yulian Kifu ölkəmizdə gedən inkişafın tempindən təsirləndiyini dilə gətirib.

 

Görüşdə regionda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar